Bank Of Baku

Gələn il Azərbaycanda ailələrlə bağlı qısametrajlı filmlərin müsabiqəsi keçiriləcək

Gələn il Azərbaycanda ailələrlə bağlı qısametrajlı filmlərin müsabiqəsi keçiriləcək
# 25 dekabr 2008 14:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA, Gələn il Azərbaycanda ailələrlə bağlı qısametrajlı filmlərin müsabiqəsi keçiriləcək. Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib. Onun sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycandakı ailə modelini təbliğ etməkdir: “Azərbaycanın unikal ailə modeli və dəyərləri var. Hazırda Qərbdən gələn mənfi tendensiyaların qarşısını almaq üçün milli-mənəvi dəyərlərin öyrənilməsinə ehtiyac duyulur. Gənclərə həm də müsbət modelləri təklif etmək lazımdır”.
Hazırda Azərbaycanda 1 milyon 830 min ailə olduğunu deyən A. Sofiyeva bildirib ki, ölkədə nikahlarla müqayisədə boşanmaların sayında artım yoxdur: “Ümumiyyətlə, Azərbaycanda heç vaxt boşanmaların faizi 10-11 faizdən yuxarı qalxmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR