Bank Of Baku

Bakı məktəblərində bayram şənlikləri zamanı qida məhsullarından istifadəyə qadağa qoyulub

Bakı məktəblərində bayram şənlikləri zamanı qida məhsullarından istifadəyə qadağa qoyulub
# 26 dekabr 2008 09:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı orta məktəblərə bayram şənliklərində qida məhsullarından istifadə etməmək barədə şifahi tapşırıq verib. İdarənin ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyev APA-ya bildirib ki, bu tapşırığın verilməsinin əsas səbəbi məktəblərdə qida zəhərlənməsinin baş verməsinin qarşısını almaqdır. F. Həmzəyevin sözlərinə görə, bu ilin oktyabr-noyabr ayları ərzində Bakının iki orta məktəbində baş verən kütləvi zəhərlənmədən sonra ümumtəhsil müəssisələrinə bu barədə tapşırıq verilib. Məktəblərə eyni zamanda tövsiyə edilib ki, əmək təlimi dərslərində şagirdlər hər hansı bir salat və yaxud yemək hazırlamaq üçün evdən ərzaq məhsulları gətirməsinlər, bu dərslərdə mümkün qədər az yemək və salat hazırlasınlar. F. Həmzəyev qeyd edib ki, bu tapşırığa uyğun olaraq, şagirdlər orta məktəblərdə Yeni il şənliyinin rəsmi hissəsini qeyd edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR