Bank Of Baku

Azərbaycan ərazisində “quş qripi” ilə əlaqədar aparılan monitorinqin nəticələri açıqlanıb

Azərbaycan ərazisində “quş qripi” ilə əlaqədar aparılan monitorinqin nəticələri açıqlanıb
# 26 dekabr 2008 10:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də Ovçuluq Cəmiyyətinin mütəxəssislərinin iştirakıyla dekabrın 15-dən “quş qripi” ilə bağlı ölkə ərazisində apardığı monitorinqin nəticələrini açıqlayıb. Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 25 baş çöl quşunun patoloji materialı, eləcə də ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 47 baş ev quşunun patoloji materialı, 2982 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib. Nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də dənizsahili zonalarda həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib.

Növbəti monitorinqə yanvarın 12-də başlamaq nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR