Bank Of Baku

Gələn il Azərbaycanın tektonik xəritəsi çap olunacaq

Gələn il Azərbaycanın tektonik xəritəsi çap olunacaq
# 26 dekabr 2008 12:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn il Azərbaycanın tektonik xəritəsi çap olunacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və Geologiya İnstitutunun direktoru Akif Əlizadə məlumat verib. O bildirib ki, 1:500000 miqyasda olan xəritə artıq hazırdır. Xəzər dənizinin Azərbaycan sektorunun geoloji xəritəsinin də hazırlandığını söyləyən A. Əlizadə bu tipli sonuncu xəritənin 1975-ci ildə tərtib edildiyini xatırladıb. O, Azərbaycanın seysmoloji xəritəsinin hazırlanmasını təklif etdiklərini də açıqlayıb: “Azərbaycan ərazisinin mikroseysmorayonlaşma və Bakı ərazisinin mikroseysmorayonlaşma xəritəsi hazırlanmalıdır. Lakin bunun üçün hələlik maliyyə yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR