Bank Of Baku

Bayram günlərində Azərbaycanda su və qaz təchizatında problem olmayacaq

Bayram günlərində Azərbaycanda su və qaz təchizatında problem olmayacaq
# 26 dekabr 2008 12:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bayram günlərində Bakı şəhəri və digər şəhər və rayonların su təchizatında problem olmayacaq. Bu barədə «APA-Economics»ə «Azərsu» SC-dən məlumat verilib.
Bayram günlərində şəhərdə su təchizatı dayandırılmış ərazilərə də su təchizatı müvəqqəti olaraq bərpa ediləcək.
Bayram günlərindən sonra borcunu ödəməyən abonentlərin su təchizatı dayandırılacaq.
Bayram günləri Azərbaycanın şəhər və rayonlarının qaz təchizatında da problem olmayacaq. «Azəriqaz» QSC-dən bildirilib ki, həmin günlərdə qaz istismar idarələri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Problemlərin yaranmaması üçün qaz qəza xidmətləri hazırlıq vəziyyətinə gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR