Bank Of Baku

Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının yığıncağı keçirilib

Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının yığıncağı keçirilib
# 26 dekabr 2008 13:31 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Bu gün Ucar rayonunun Qazıqumlaq kəndində Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. APA-nın Aran bürosunun xəbərinə görə, iclasda Azərbaycanın 51 rayonunun 212 bələdiyyə sədri iştirak edib. Prezident Aparatının regional və yerli idarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun baş məsləhətçisi Rüfət Əliyevin, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfət Babayevin, Azərbaycan Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədri İlham Xəlilovun, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi Hafiz Məmmədovun da iştirak etdiyi tədbirdə illik hesabat dinlənilib. Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifov kənd bələdiyyələrinin fəaliyyətinin qənaətbəxş olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR