Bank Of Baku

Qurban Yetirmişli: “İl ərzində təkcə Pirquluda 200-dək təkan qeydə alınıb”

Qurban Yetirmişli: “İl ərzində təkcə Pirquluda 200-dək təkan qeydə alınıb”
# 26 dekabr 2008 13:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Şamaxı-İsmayıllı bölgəsi ölkədə seysmik baxımdan ən aktiv zonadır. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. Son vaxtlar Şamaxıda bir-birinin ardınca baş verən yeraltı təkanların səbəblərinə aydınlıq gətirən Q. Yetirmişli bu bölgədə tarixən 9-10 ballıq zəlzələlərin olduğunu xatırladıb: “Hazırda telemetrik peyk-rabitə vasitəsilə respublikanın seysmikliyini izləyirik. Sözügedən bölgədə ayrılan enerjinin miqdarı daha çoxdur”.

Q. Yetirmişlinin sözlərinə görə, bölgədə baş vermiş sonuncu zəlzələdən sonra 50-60 xırda yeraltı təkan-avtoşoklar qeydə alınıb: “İl ərzində isə təkcə Pirquluda 200-ə yaxın hiss olunmayan xırda təkan olub. Bu onu göstərir ki, həmin bölgədə gedən biodinamik aktiv proseslər-enerji toplanması və ayrılması davam edir”.

Bununla belə, Q. Yetirmişli Şamaxı-İsmayıllı bölgəsində yüksək ballı zəlzələnin gözlənilmədiyini deyib: “Hələlik Şamaxıda belə yüksək aktivlik yoxdur. Yeraltı xırda təkanlar isə həmişə olub, olur və olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR