Bank Of Baku

Lerikdə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni inzibati binası açılıb

Lerikdə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni inzibati binası açılıb
# 27 dekabr 2008 07:46 (UTC +04:00)
Lerik. Ağaddin Babayev – APA. Lerik Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) ikimərtəbəli inzibati binasının açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndəsi Natiq Qasımov çıxış edərək 2008-ci ildə respublikanın 30 inzibati rayonunda bu cür binaların tikilərək istifadəyə verildiyini və hazırda daha 39 rayonda analoji tikinti işlərinin aparıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, yeni binada Lerik rayon ƏSMM-nin əməkdaşlarının normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada həmçinin ƏƏSMN-in daha üç qurumu – 9 saylı bölgə üzrə Əmək Müfəttişliyi, Rayon Məşğulluq Mərkəzi və Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin 10 saylı zona şöbəsi üçün də yer ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR