Bank Of Baku

Azərbaycanda ünvanlı sosial yardım mexanizminin yenidən qurulması üçün tədqiqat aparılır

Azərbaycanda ünvanlı sosial yardım mexanizminin yenidən qurulması üçün tədqiqat aparılır
# 27 dekabr 2008 10:20 (UTC +04:00)
Bakı İlhamə İsabalayeva –APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardım mexanizminin yenidən qurulması üçün ölkədə tədqiqat aparır. Nazirlikdən APA-ya verilən məlumata görə, hazırda “Aztəminatlı ailələrin sosial reabilitasiyası” pilot proqramı həyata keçirilir. Bu proqram çərçivəsində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda nazirlik bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələrin qeyri-hökumət təşkilatları ilə birgə bu layihələrin bir hissəsini sınaqdan keçirərək tədqiqatlar aparır.

Nazirlikdən bildirilib ki, ünvanlı sosial yardım mexanizminin icrasını qiymətləndirmək və bu sistemə dəyişikliklər etmək üçün Dünya Bankının (DB) dəstəyi ilə ölkənin 7 min ev təsərrüfatında monitorinq aparılıb. Monitorinqin nəticələri yanvarda DB tərəfindən Azərbaycan hökumətinə təqdim ediləcək. Bu monitorinqin nəticələri əsasında ünvanlı sosial yardım sisteminə lazımi dəyişikliklərin edilməsi üçün müzakirələr aparılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda 142 min ailə ünvanlı sosial yardım alır. Yardım alanların 90 faizi uşaqlı ailələrdir. Onların 42,4 faizində 3 və daha çox uşaq var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR