Bank Of Baku

“Abituriyent ”jurnalının II sayında abituriyentlərin qəbul imtahanlarında riyaziyyat fənni üzrə çətinliklə cavablandırdığı suallar dərc ediləcək

“Abituriyent ”jurnalının II sayında abituriyentlərin qəbul imtahanlarında riyaziyyat fənni üzrə çətinliklə cavablandırdığı suallar dərc ediləcək
# 27 dekabr 2008 12:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarına hazırlıq məqsədilə riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirib. Komissiyadan APA-ya verilən məlumata görə, müxtəlif təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirak etdiyi seminarda 2008-ci ildə ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqları elmi-metodiki təhlili edilib. Müzakirələrdən aydın olub ki, test tapşırıqları abituriyentlərin riyaziyyatın bütün bölmələri və müxtəlif çətinlik səviyyələri üzrə əsas bilik, bacarıq və vərdişlərini aşkara çıxarmağa imkan verir.

İclasda qəbul imtahanında abituriyentlərin cavab verməyə çətinlik çəkdiyi və ya cavab verməkdən imtina etdikləri test tapşırıqları da müəyyənləşib. Həmin test tapşırıqlarının izahına dair metodiki tövsiyələrin hazırlanması və “Abituriyent ”jurnalının ikinci sayında dərc edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR