Bank Of Baku

Azərbaycanın Qusar rayonunda Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm mərkəzi yaradılacaq

Azərbaycanın Qusar rayonunda Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm mərkəzi yaradılacaq
# 27 dekabr 2008 19:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, sənəddə göstərilib ki, ölkənin yüksək dağlıq ərazilərindən idman, turizm və digər bu kimi məqsədlərlə istifadənin genişlənməsi həmin ərazilərin hidrometeoroloji və ekoloji cəhətdən kompleks öyrənilməsini aktual məsələyə çevirib. Bu ərazilər qlobal iqlim dəyişmələri, ətraf mühitin fon və transsərhəd çirklənmələrinin indikatoru kimi də beynəlxalq əhəmiyyət kəsb edir. Belə ərazilərdə müvafiq müşahidələrin və tədqiqatların aparılması Azərbaycanın tərəfdar çıxdığı ətraf mühitə dair bir sıra beynəlxalq müqavilələrdən, o cümlədən Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsində səmərəliliyi daha da artıracaq.
Sərəncama görə, yerli hava şəraiti və iqlimin formalaşmasında mühüm rol oynayan Böyük Qafqazda Bazardüzü, Şahdağ, Bazaryurd və Tufandağ buzlaqları ilə əhatə olunan yüksək dağlıq ərazidə (dəniz səviyyəsindən 3000 - 4000 metr yüksəklikdə) hidrometeoroloji, qlyasioloji və ekoloji müşahidə sisteminin yaradılmasının zəruriliyini nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə meteoroloji şəraitin, buzlaqların tədqiqi, atmosferin fon çirklənməsi, flora və faunanın müşahidəsi də daxil olmaqla, Azərbaycanın Qusar rayonunun yüksək dağlıq ərazisində Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm mərkəzi yaratmaq tapşırılıb.

Mərkəzin fəaliyyəti üçün tikinti-quraşdırma işlərinin həyata keçirilməsi, həmçinin zəruri cihaz və avadanlıqlarla, alternativ enerji mənbələri, etibarlı telekommunikasiya sistemi ilə təmin olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçiriləcək. Bu tədbirlərin həyata keçirilməsi üçün isə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 900 (doqquz yüz) min manat məbləğində vəsait ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR