Bank Of Baku

Hadı Rəcəbli: “Konstitusiyaya ediləcək dəyişikliklərin əksəriyyəti sosial yönümlüdür”

Hadı Rəcəbli: “Konstitusiyaya ediləcək dəyişikliklərin əksəriyyəti sosial yönümlüdür”
# 29 dekabr 2008 10:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Martın 18-də keçiriləcək referendumda ölkə Konstitusiyasına ediləcək dəyişikliklərin əksəriyyəti sosial yönümlüdür”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli deyib. O bildirib ki, Konstitusiyaya uşaq problemləri və hüquqları ilə bağlı da dəyişiklik təklif olunur. Komissiya sədri referendumdan sonra ailə və əmək məcəllələrinə də dəyişiklik ediləcəyini söyləyib: “15 yaşa çatmayan uşaqların işə götürülməsi qadağan olunacaq. Zorakılığın bütün növlərinə, o cümlədən uşaqlara qarşı zorakılığa qarşı tədbirlər görüləcək. Uşaq hüquqlarının qorunmasına nəzarəti dövlət öz üzərinə götürəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR