Bank Of Baku

Bakıdakı 2 saylı Uşaq Evinə uşaqların qəbulu məhdudlaşdırılır

Bakıdakı 2 saylı Uşaq Evinə uşaqların qəbulu məhdudlaşdırılır
# 29 dekabr 2008 10:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” (2006-2015-ci illər) çərçivəsində Suraxanı rayonunda yerləşən 2 saylı Uşaq Evinin nəzdində “Günərzi Qayğı Mərkəzi”nin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılışda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, “Günərzi Qayğı Mərkəzi” dövlət proqramı çərçivəsində üç il müddətinə həyata keçiriləcək pilot layihə əsasında yaradılıb. Mərkəzin fəaliyyətə başlaması nəticəsində 2 saylı Uşaq Evinə ölkənin digər bölgələrindən olan uşaqların qəbulu dayandırılacaq, yalnız Suraxanı rayonunda yaşayan və risk qrupuna daxil olan, aztəminatlı, çətin yaşayış şəraitinə malik ailələrin uşaqları cəlb ediləcək. Mərkəzdə ümumilikdə valideynləri işləyən, aztəminatlı ailələrin 80 məktəb yaşlı uşağına gün ərzində qayğı göstəriləcək. Dövlət uşaq müəssisələrinə alternativ model kimi yaradılan bu mərkəzin fəaliyyəti genişləndikcə Uşaq Evi tədricən bütövlükdə “Günərzi Qayğı Mərkəzi”nə çevriləcək. Mərkəz gün ərzində 10-12 saat fəaliyyət göstərəcək. Burada uşaqlar müxtəlif dərnəklərə cəlb ediləcək. Mərkəzin işçiləri uşağı dərsdən sonra təhsil aldığı məktəbdən buraya gətirəcək, uşaqların axşam evlərinə nəqliyyat vasitəsilə aparılması da mərkəz tərəfindən təmin ediləcək. Artıq bu məqsədlə Təhsil Nazirliyi Uşaq Evi üçün mini sərnişin avtobusu ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR