Bank Of Baku

Azərbaycan Zooloji Parkı Abşeron yarımadasında yaradılacaq

Azərbaycan Zooloji Parkı Abşeron yarımadasında yaradılacaq
# 29 dekabr 2008 13:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi prezidentin dekabrın 26-da imzaladığı sərəncam əsasında Azərbaycan Zooloji Parkının yaradılması ilə əlaqədar aidiyyəti nazirlik və komitələrin, elmi təşkilatların nümayəndələrindən ibarət işçi qrup yaradıb. Nazirlikdən APA-ya verilən məlumata görə, qrup ölkə ərazisində monitorinqlər aparacaq, seçilmiş ərazinin zooloji park kimi istifadəsinin yararlılıq dərəcəsini öyrənəcək, parkın sərhədlərini müəyyən edəcək, xəritə sxemini işləyəcək və digər zəruri işləri görəcək. Müxtəlifliyin, xüsusən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında qalan fauna növlərinin qorunması, əhalinin maarifləndirilməsi və gənc nəslin təbiətə qayğı ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edəcək parkda yalnız Azərbaycanın deyil, digər qitələrin də bitki və heyvanat aləmi ilə tanışlıq mümkün olacaq. Zooloji Park Abşeron yarımadasında yerləşəcək. Parkda tikiləcək binaların üzərində Qobustan qayaüstü rəsmləri, paleontoloji materiallar, orta əsr miniatür sənəti və Azərbaycanın heyvanat aləminin tarixi inkişaf dövrü əks olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR