Bank Of Baku

Bu il Azərbaycanda 13 mina hadisəsi baş verib

Bu il Azərbaycanda 13 mina hadisəsi baş verib
# 29 dekabr 2008 14:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov 2008-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, H. Səfixanov bildirib ki, Azərbaycan bu ildə də Ermənistanla mövcud olan müharibə vəziyyəti ilə əlaqədar Minaların Qadağan Olunması Müqaviləsinə - Ottava Konvensiyasına qoşulmayıb. Lakin Azərbaycan bu konvensiyadan irəli gələn bir çox öhdəlikləri yerinə yetirib. Belə ki, 2008-ci ildə Azərbaycanda minaların istehsalı, ötürülməsi və ehtiyatlarının toplanması faktları qeydə alınmayıb. Həmçinin 2008-ci ildə Azərbaycan hökuməti “Əlilliyi olan şəxslərin hüquqlarına dair” BMT Konvensiyasını imzalayıb, noyabrın 2-də isə Milli Məclis bu konvensiyanı ratifikasiya edib. H. Səfixanov deyib ki, təmsil etdiyi qurumun müxtəlif mənbələrdən aldığı məlumatlar görə, 2008-ci ildə Azərbaycanda 13 hadisə nəticəsində 16 nəfər mina və partlamayan hərbi sursatdan zərər çəkib: “Bunların 14-ü mülki şəxs, 2-i isə hərbiçi olub. Həmin hadisələr nəticəsində 1 mülki şəxs həlak olub, 2 uşaq və daha 11 mülki adam və 2 hərbiçi yaralanıb”. H. Səfixanovun sözlərinə görə, mina və sursatların partlaması halları ölkənin Bakı, Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonlarında baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR