Bank Of Baku

Azərbaycanda pullu qan donorlarına olan ehtiyac aradan qaldırılıb

Azərbaycanda pullu qan donorlarına olan ehtiyac aradan qaldırılıb
# 29 dekabr 2008 14:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Milli Onkoloji Mərkəzin Azərbaycan prezidenti tərəfindən təməli qoyulmuş yeni korpusunun tikintisi başa çatmaq üzrədir. Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə tikilmiş Talassemiya Mərkəzi də yaxın zamanlarda istifadəyə veriləcək. Bu mərkəzdə sümük iliyinin köçürülməsi əməliyyatlarının həyata keçirilməsi də mümkün olacaq.
Məlumatda bildirilir ki, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən tədbirlər nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı xeyli artıb. 2008-ci il ərzində 124 könüllü qanvermə aksiyası keçirilib və bu aksiyalarda 40 minə yaxın insan iştirak edib. Bu tədbirlər nəticəsində pullu donorlara ehtiyac aradan götürülüb. 2003-cü ildə 5,5 tona yaxın qan tədarük olunubsa, 2008-ci ildə isə bu rəqəm 17 tona çatdırılıb. Bu da respublikanın qana olan ehtiyacını tam ödəməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR