Bank Of Baku

Səhiyyə Nazirliyində 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
# 29 dekabr 2008 15:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Səhiyyə Nazirliyində 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, iclasda çıxış edən Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev bildirib ki, 2003-cü ildə səhiyyə ehtiyaclarına 69 milyon manat ayrılmışdısa, 2008-ci ildə bu rəqəm 558 milyon manata çatıb, bu isə son 5 ildə nazirliyin büdcəsinin 8 dəfə artması deməkdir. Şöbə müdiri deyib ki, “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə 2 dəfədən çox artaraq 100 minə çatıb: “Artımın əsas səbəblərindən biri xəstələrə pulsuz dərman və qlükometrlərin paylanmasıdır. Yeddi şəhər və rayonda - Bakı, Naxçıvan, Gəncə, Şəki, Quba, Lənkəran və Sabirabadda perinatal mərkəzlərin yaradılması və onların ən müasir avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulub. Artıq Gəncə şəhərində Perinatal Mərkəz istifadəyə verilib. Bakıda - Respublika Doğum Evində də mərkəz bu yaxınlarda istifadəyə veriləcək”.

S. Əliyev doğuşa yardım müəssisələrinin pasportlaşdırılması işinin sona çatdırıldığını, ana və uşaq ölümü göstəricilərinin ilbəil azaldığını söyləyib: “Səhiyyədə informasiya texnologiyalarının geniş tətbiqinin təmin edilməsi və “Elektron Azərbaycan Dövlət Proqramı”nın icrası çərçivəsində 50 mindən artıq yeni doğulmuş uşağa sağlamlıq kartı verilib”. O, prezidentin sərəncamı ilə ayrılan 12 milyon manata 150 “Mercedes” markalı təcili yardım maşınları alındığını, bununla da paytaxtın təcili yardım xidməti parkının yeniləşdirildiyini açıqlayıb: “Ötən il ərzində əhalinin dərman xərclərinə ayrılan vəsait də 2007-ci illə müqayisədə 20% artıb. Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası əhalisinə zəmanətli tibbi yardımın təmin edilməsi barədə” 141 nömrəli əmri ilə təsdiq edilmiş 60 adda ən vacib dərman preparatlarının siyahısına müasir praktikada işlədilən daha 55 preparat əlavə olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR