Bank Of Baku

Ombudsman yetkinlik yaşına çatmayan və qadın məhkumları Yeni il münasibətilə təbrik edib

Ombudsman yetkinlik yaşına çatmayan və qadın məhkumları Yeni il münasibətilə təbrik edib
# 29 dekabr 2008 16:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova yetkinlik yaşına çatmayan və qadın məhkumları Yeni il münasibətilə təbrik edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsinə gedən E. Süleymanovanın apardığı bayram sovqatı 38 məhkuma paylanıb. Müvəkkil müəssisəyə, azyaşlı məhkumların təhsil aldıqları məktəbin sinif otağına baxış keçirib, onların saxlanma şəraiti, qidalanması, sağlamlığı və məhkumlara qarşı rəftarla maraqlanıb.

Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində də olan və burada cəza çəkən 300-dən artıq məhkuma bayram hədiyyələri paylayan E. Süleymanova müəssisəyə ümumi baxış keçirərək qadın məhkumların problemlərini araşdırıb və bir neçə şəxsin müraciətini dinləyib. Hər iki cəzaçəkmə müəssisəsində məhkumlar üçün Ombudsman Aparatı və Valideyn-Müəllim Assosiasiyası tərəfindən konsert proqramı təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR