Bank Of Baku

İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı İşçi qrupunun toplantısını keçirilib

İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı İşçi qrupunun toplantısını keçirilib
# 29 dekabr 2008 17:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bu gün Ombudsman Aparatında ölkədə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi ilə bağlı İşçi qrupunun toplantısını keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda MFP-nin gerçəkləşdirilməsinin 2008-ci ilə dair nəticələri müzakirə olunub.

İşçi qrupuna rəhbərlik edən Ombudsman bildirib ki, ölkədə insan hüquqlarının müdafiəsi və təminində yeni mərhələ olan MFP-nin təsdiqindən ötən müddət ərzində bu sahədə çoxsaylı tədbirlər görülüb, müxtəlif qurumlarla mütəmadi müzakirələr aparılıb. O, sənədin mühüm əhəmiyyət kəsb etdiyini, kütləviliyin təmin olunmasına, vətəndaşların idarəetmənin təkmilləşdirilməsində iştirakına imkan yaratdığını vurğulayıb, MFP-nin icraçıları olan 31 dövlət qurumu, QHT və KİV nümayəndələri ilə Ombudsman təsisatında silsilə məsləhətləşmələrin aparıldığını, monitorinqlərin keçirildiyi diqqətə çatdırıb.

E. Süleymanov prezident İlham Əliyevin Fərmanına əsasən, 2009-cu ilin “Uşaq ili” elan edildiyini nəzərə alaraq, gələn il MFP-nin icrasına məsul olan qurumların tədbirlər planında ilin prioriteti olan uşaq hüquqlarının müdafiəsi üzrə müvafiq tədbirlərə geniş yer ayrılmasını tövsiyə edib.

Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqları sektorunun müdiri Çingiz Əsgərov MFP-nin əsas insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli və daha etibarlı təmini baxımından əhəmiyyət kəsb etdiyini bildirib, insan hüquqlarının gerçəkləşdirilməsi üzrə aparılan islahatlar barədə məlumat verib.

Toplantıda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrası ilə bağlı web-saytın (www.mfp.ombudsman.gov.az) təqdimatı da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR