Bank Of Baku

“Azərsutikinti” xəstəxanasında Azərbaycanın ən iri hemodializ mərkəzi açılacaq

“Azərsutikinti” xəstəxanasında Azərbaycanın ən iri hemodializ mərkəzi açılacaq
# 30 dekabr 2008 11:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Səhiyyə Nazirliyi yaxın vaxtlarda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün Sumqayıt, Şamaxı, Bərdə, Tovuz, Quba və Cəlilabad şəhərlərində hemodializ mərkəzləri açacaq. Nazirlikdən APA-ya verilən məlumata görə, artıq Naxçıvan, Gəncə, Siyəzən, Şirvan, Lənkəran, Qazax, Zaqatala və Qəbələ şəhərlərində belə mərkəzlər istifadəyə verilib. Hazırda respublikada fəaliyyət göstərən 16 dializ mərkəzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən 1200-ə yaxın xəstə üçün dövlət hesabına hemodializ seansları aparılır və xəstələr müvafiq dərman vasitələri ilə tam təmin olunur. Nazirlikdən bildirilib ki, yaxın vaxtlarda respublika prezidentinin sərəncamı əsasında Respublika Klinik Uroloji Xəstəxanasında yaradılan Böyrəkköçürmə Mərkəzi fəaliyyətə başlayacaq. Bununla yanaşı, gələn il yanvar ayı ərzində həm də Bakıdakı “Azərsutikinti” xəstəxanasında respublikanın ən iri hemodializ mərkəzinin açılışı nəzərdə tutulur. Bu mərkəzdə gün ərzində təqribən 35 xəstənin hemodializ edilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR