Bank Of Baku

Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb
# 30 dekabr 2008 12:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə dekabrın III ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddinin (YVQH) dəfələrlə keçdiyi məlum olub.

Kürün “Şıxlı-2” məntəqəsində və Ağstafaçayda suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2, Ağstafaçay Su Anbarında fenollar 2, mis birləşmələri 3, biogen maddələrdən ammonium ionları Kür və Ağstafaçayda 1,4-1,7 dəfə YVQH-i keçib. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən birbaşa su obyektlərinə axıdılmasıdır.

Monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında da fenolun miqdarı normadan dəfələrlə artıqdır. Suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri çayın Horadiz məntəqəsində 4, I Şahsevən məntəqəsində 2, Bəhramtəpə məntəqəsində isə 3 dəfə YVQH-i ötüb. Biogen maddələr isə normadan bir qədər yüksək qeydə alınıb.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,91-7,28 mq/l arasında dəyişərək sanitar norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR