Bank Of Baku

Azərbaycan telekanallarında mili-mənəvi dəyərlərə münasibətlə bağlı hazırlanan müraciətə 60 millət vəkili imza atıb

Azərbaycan telekanallarında mili-mənəvi dəyərlərə münasibətlə bağlı hazırlanan müraciətə 60 millət vəkili imza atıb
# 30 dekabr 2008 12:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisin bir qrup xanım deputatının təşəbbüsü ilə ölkə telekanallarında mili-mənəvi dəyərlərə münasibətlə bağlı hazırlanan müraciətə 60 millət vəkili imza atıb. Bu barədə APA-ya millət vəkili Gültəkin Hacıbəyli bildirib. G. Hacıbəyli deyib ki, müraciətə imza atmaq istəyən deputatların sayı çoxdur. Onun sözlərinə görə, müraciət imzalanmaq üçün ictimaiyyətə, tanınmış ziyalılara da təqdim olunacaq. İmzalanma başa çatandan sonra müraciət Azərbaycan fəaliyyət göstərən telekanalların rəhbərliyinə təqdim olunacaq.
Qeyd edək ki, millət vəkilləri tərəfindən hazırlanan müraciətdə televiziya kanallarında mənəviyyata zidd, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına mane olan verilişlərin yayımlandığı bildirilib. Millət vəkilləri televiziya kanallarında milli-mənəvi dəyərlərə, Azərbaycan dilinə olan hörmətsizliyə son qoyulmasını istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR