Bank Of Baku

Ombudsman Aparatının məhkumlar arasında keçirdiyi sorğuların nəticələri Penitensiar Xidmətə göndərilib

Ombudsman Aparatının məhkumlar arasında keçirdiyi sorğuların nəticələri Penitensiar Xidmətə göndərilib
# 30 dekabr 2008 15:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ombudsman Aparatı Ədliyyə Nazirliyi (ƏN) Penitensiar Xidmətinin əməkdaşları ilə birgə cəzaçəkmə müəssisələrində insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) müddəaları ilə əlaqədar silsilə görüş seminarlar təşkil edib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Görüş seminarlar zamanı məhkumların hüquqlarının daha səmərəli təmin olunması və qanunlara hörmət ruhunun aşılanması üçün məhbuslar qarşısında insan hüquqları mövzusunda mühazirələr oxunub. MFP-nın müddəalarına uyğun olaraq, cəzanın icrası işinin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq məqsədi ilə məhkumlar arasında könüllülük əsasında sorğular keçirilib. Həmin sorğunun nəticələri təhlil edilib və təkliflər ümumiləşdirilərək ƏN-nın Penitensiar Xidmətinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR