Bank Of Baku

Aşura günü qanvermə aksiyası keçiriləcək

Aşura günü qanvermə aksiyası keçiriləcək
# 05 yanvar 2009 09:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yanvarın 7-də - Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, həmin gün Bakı şəhərinin beş nöqtəsində - “Təzə pir”, “Hacı Soltan Əli”, “Əjdərbəy”, “İçərişəhər Cümə” məscidlərində və “Mir Mövsüm Ağa” ziyarətgahında qanvermə aksiyası keçiriləcək. R. Dadaşova qanvermə aksiyasının hər il ənənəvi olaraq talassemiyalı xəstələrə kömək məqsədilə təşkil edildiyini söyləyib. Aksiyada Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin də iştirak edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR