Bank Of Baku

Azərbaycan paytaxtında yolların buz bağlaması nəticəsində travma alanların sayı 41 nəfərə çatıb

Azərbaycan paytaxtında yolların buz bağlaması nəticəsində travma alanların sayı 41 nəfərə çatıb
# 05 yanvar 2009 10:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ötən il dekabrın 31-dən yanvarın 2-dək Bakıda yağan qarla əlaqədar yolların buz bağlaması nəticəsində aldığı travmaya görə bu günədək Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 41 nəfər xəstə müraciət edib. Stansiyanın baş həkiminin müavini Rauf Nağıyev APA-ya bildirib ki, həmin xəstələrin 30-u xəstəxanalara yerləşdirilib. Buzda sürüşənlər əsasən gənc və orta yaşlı insanlar olub.
R. Nağıyevin sözlərinə görə, bu il yolların güclü buzlaşması bayram günlərinə təsadüf etdiyindən xəsarət alanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə az qeydə alınıb. Ötən il yanvarın əvvəllərində yağan güclü qar nəticəsində paytaxtda 60-a yaxın şəxs sürüşərək travmalar almışdı. Onlardan biri hətta dünyasını dəyişmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR