Bank Of Baku

5 yanvar – ilin ən stressli günüdür

5 yanvar – ilin ən stressli günüdür
# 05 yanvar 2009 11:49 (UTC +04:00)
London-APA. Britaniyalı alimlərin ölkə vətəndaşları arasında keçirdiyi sorğunun nəticəsinə görə ilin ən stressli günü müəyyənləşdirilib. APA-nın məlumatına görə, Britaniya vətəndaşlarının əksəriyyəti 5 yanvar tarixini ilin ən stressli günü adlandırıblar. 5 yanvar tarixinin ən stressli gün olaraq seçilməsinə səbəb havaların soyuq keçməsi, bayramların başa çatması və iqtisadi böhranın artmasıdır. İşə çıxan Britaniya vətəndaşlarında daha çox stress doğuran amillər həmkarlarının yemək zamanı çıxardığı səslərdir. Sorğuda iştirak edənlərin 75 faizi bu amili stress doğuran faktor kimi qeyd ediblər. Respondentlərin 26 faizi işdə kiminsə burnunu çəkməsini, 21 faizi isə iş yoldaşlarının telefonla hündürdən danışmasını stress doğuran amil adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR