Bank Of Baku

Ötən il 246 nəfər vakant dövlət qulluğu vəzifələrinə təyin edilib

Ötən il 246 nəfər vakant dövlət qulluğu vəzifələrinə təyin edilib
# 05 yanvar 2009 12:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2008-ci il ərzində 34 dövlət orqanında 1604 vakant vəzifə (1077 müsabiqə, 527 müsahibə) üzrə elan edilmiş müsabiqə və müsahibələrdə 4406 namizəd (4081 – müsabiqə, 325 – müsahibə) iştirak edib. Bu barədə APA-ya Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib. Müsabiqədə iştirak edənlərdən 852 nəfəri test imtahanından müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə buraxılıb. Müsahibədən 353 namizəd (219 – müsabiqə, 134 müsahibə) uğurla keçib və axırıncı müsabiqə üzrə vakant vəzifələrə təyinat nəzərə alınmadan 213 nəfər (86 müsabiqə, 127 – müsahibə) vakant vəzifələrə təyin edilib. Ümumilikdə ötən il ehtiyat kadrlarla birlikdə 246 nəfər vakant dövlət qulluğu vəzifələrinə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR