Bank Of Baku

Azərbaycanda çörək məhsulları, qənnadı məmulatları, un dəyirmanları və başqa sənaye müəssisələri üçün yeni sanitariya normaları hazırlanıb

Azərbaycanda çörək məhsulları, qənnadı məmulatları, un dəyirmanları və başqa sənaye müəssisələri üçün yeni sanitariya normaları hazırlanıb
# 05 yanvar 2009 13:36 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Azərbaycan Səhiyyə Nazirliyi “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında ”, “Çörək və çörək məhsulları, qənnadı məmulatlarının istehsalı müəssisələri üçün sanitariya norma və qaydaları ”, “Taxıl saxlama anbarları və un dəyirmanları üçün sanitariya norma və qaydaları ”, “Makaron sənayesi müəssisələri üçün sanitariya norma və qaydaları ”, “Tibb müəssisələrin layihələndirilməsi və istismarına dair tələblər ” sanitariya norma və qaydaları və s. hazırlayıb. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu sənədlər təsdiq olunmaq üçün hazırda razılaşdırma mərhələsindədir. Sənədlərin hazırlanmasında məqsəd yoluxucu xəstəliklərlə mübarizə, immunoprofilatika tədbirləri və s. həyata keçirməkdir.
Nazirlikdən o da bildirilib ki, bu il Azərbaycanda əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi üçün 22,22 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsait ötən illə müqayisədə isə 70% çoxdur. Ötən il bu sahəyə 15 milyon manat ayrılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR