Bank Of Baku

Yolların buz bağlaması Lənkəranda beş nəfərin xəsarət almasına səbəb olub

Yolların buz bağlaması Lənkəranda beş nəfərin xəsarət almasına səbəb olub
# 05 yanvar 2009 15:33 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Son üç gün ərzində aşağı və yuxarı ətrafların travması diaqnozu ilə 5 nəfər Lənkəran sakini Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran MRX-nın qəbul şöbəsinin müdiri Fazil Məmişov məlumat verib. Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar yolların buz bağlaması bu şəxslərin müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olub. Xəsarət alanlardan 4-ü Lənkəran, 1-i isə Bakı şəhər sakinidir.
Şöbə müdiri bildirib ki, xəstələrdən yalnız birinin – 86 yaşlı Lənkəran rayon sakini Şirəli Almaz oğlu Kəlbiyevin aldığı travma ağır olduğundan müalicə olunmaq üçün Bakıya göndərilib. Digər xəstələr isə stasionar müalicəyə cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR