Bank Of Baku

Masallıda elektrik enerjisindən qanunsuz istifadə edənlərin sayı artıb

Masallıda elektrik enerjisindən qanunsuz istifadə edənlərin sayı artıb
# 06 yanvar 2009 07:05 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. “Masallıda elektrik enerjisi haqlarının yığım səviyyəsi qənaətbəxş deyil”. Bu barədə APA-nın cənub bürosuna Masallı rayon Paylayıcı Elektrik Şəbəkəsinin direktor müavini Sədu Əbilov bildirib. Onun sözlərinə görə, bunun əsas səbəbi sakinlərin qanunsuz yollarla elektrik enerjisindən istifadə etmələri ilə bağlıdır. Ayrı-ayrı şəxslərin xüsusən axşam saatlarında sayğacdan kənar xətlər çəkməklə elektrik enerjisindən qanunsuz istifadəyə meylli olduğunu bildirən S. Əbilov nəticə etibarı ilə bunun şəbəkənin xidməti ərazisində sərf olunan elektrik enerjisinin dəyərinin müəyyənləşdirilməsində çətinliklər törətdiyini deyib: “Biz artıq mütəmadi reydlər keçirməklə enerji oğrularını aşkarlamağa qərar vermişik. Ötən ilin 11 ayı ərzində əməkdaşlarımız tərəfindən elektrik enerjisindən qanunsuz istifadə edən 619 abonent aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR