Bank Of Baku

Lənkəranda qanvermə aksiyası keçirilir

Lənkəranda  qanvermə aksiyası keçirilir
# 06 yanvar 2009 07:05 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Yanvarın 5-də günün ikinci yarısından başlayaraq Lənkəranda qanvermə aksiyasına start verilib. APA-nın yerli bürosunun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə nümayəndəliyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) birgə təşkil etdiyi tədbirdə şəhər İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak ediblər. MRX-dən bildirilib ki, “Qan ver və yaşat!” devizi ilə keçirilən aksiyanın ilk günü 100-ə yaxın Lənkəran sakini könüllü qan verib. Aksiya Aşura gününə kimi davam etdiriləcək. Toplanan qan respublika qan bankına təhvil veriləcək və talassemiya, hemofiliya və digər qan xəstəliklərinin müalicəsinə sərf olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR