Bank Of Baku

Magistratura pilləsinə qəbul qaydalarında dəyişikliklər edilib

Magistratura pilləsinə qəbul qaydalarında dəyişikliklər edilib
# 06 yanvar 2009 09:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanının məzmununun və qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq, magistratura pilləsinə qəbul qaydalarında müəyyən dəyişikliklər edib. APA-nın məlumatına görə, bunu TQDK sədrinin müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib. N. Babayevin sözlərinə görə, 2009-2010-cu tədris ilində ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının iki mərhələdə keçiriləcək. İmtahanların birinci mərhələsinin təxminən aprel ayının sonunda və ya may ayının əvvəlində, ikinci mərhələnin isə iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq və TQDK tərəfindən qoyulan şərtləri ödəyənlər ikinci mərhələdə iştirak imkanı əldə edəcəklər. İkinci mərhələdə ixtisas üzrə biliklər yoxlanılacaq. Müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçiriləcək.
N. Babayev bildirib ki, yeniliklərdən biri də bu ildən magistratura imtahanlarında bakalavrların informatika üzrə ümumi biliklərinin test üsulu ilə yoxlanılması olacaq: “Magistratura pilləsi üzrə təhsil alan şəxslərdən daim tədqiqatlar aparmaq, müvafiq sahə üzrə dünyada baş verən yenilikləri izləmək imkanı tələb olunur. Xarici dilləri yanaşı, informatikaya aid müəyyən biliklərə malik olmadan bunu reallaşdırmaq mümkün deyil. Odur ki, komissiya bunu nəzərə alaraq qəbul imtahanlarında informatikaya daim ümumi biliklərin yoxlanılması barədə qərar qəbul edib”.
TQDK sədrinin müavininin sözlərinə görə, magistratura üzrə ixtisaslar qəbul proqramları üzrə qruplaşdırılır. Ayrı-ayrı ixtisaslar üzrə qəbul proqramları “Magistr” xüsusi buraxılışının növbəti sayında dərc olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR