Bank Of Baku

Sabahdan magistratura pilləsinə MBA və TEMPUS beynəlxalq proqramları üzrə sənəd qəbulu başlayır

Sabahdan magistratura pilləsinə  MBA və TEMPUS  beynəlxalq proqramları üzrə sənəd  qəbulu başlayır
# 06 yanvar 2009 09:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 7-də ali məktəblərin magistratura pilləsinə MBA (biznesin idarə olunması üzrə mütəxəssis hazırlığı aparılan təhsil proqramı) və TEMPUS (Universitet tələbələri üçün Trans Avropa Hərəkət Proqramı) beynəlxalq proqramları üzrə sənəd qəbuluna başlayır. APA-nın məlumata görə, TQDK sədrinin müavini Namiq Babayev bildirib ki, bakalavrlar ərizələrini təsdiq etdirmək üçün yanvarın 16-dək sənədlərini İnternet vasitəsilə təqdim etməlidirlər.
TEMPUS proqramı üzrə isə ekologiya (metallurgiya), ətraf mühitin mühəndis mühafizəsi, proseslərin avtomatlaşdırılması, elektroenergetika, avtomobil və traktorların elektrik avadanlıqları, kompüter elmləri, informasiya texnologiyasında idarəetmə, kompüter riyaziyyatı və s. ixtisasları bitirən bakalavrlar sənəd verə bilərlər.
Hər bir bakalavr müxtəlif ali məktəblərin 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar imtahanın məzmununu təyin edən eyni bir qəbul proqramına aid olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR