Bank Of Baku

Ötən il 5 şəhər və rayonda ətraf mühitin mühafizəsi qaydalarının pozulması ilə bağlı 103 fakt aşkarlanıb

Ötən il 5 şəhər və rayonda ətraf mühitin mühafizəsi qaydalarının pozulması ilə bağlı 103 fakt aşkarlanıb
# 06 yanvar 2009 11:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə - Mingəçevir, Yevlax, Bərdə, Ağdaş və Tərtərdə ötən il ərzində ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən yoxlamalar zamanı 100 akt və 3 protokol tərtib edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aktlardan 1-i “Yerin təki haqqında” qanunun tələblərinə əməl edilməməsi, 2-si tullantılardan düzgün istifadə olunmaması, 2-si su ehtiyatlarının mühafizəsi, 5-i qanunsuz ağac kömürünun əldə edilərək alqı-satqısının aparılması, eləcə də mühafizə olunan meşə zolağında mal-qaranın qanunsuz otarılması, 45-i atmosfer havasının mühafizəsi, digər 45-i isə əhaliyə və sahibkarlara ayrılan torpaqlarla bağlı olub. Ümumilikdə ötən ilin 12 ayı ərzində Təbiəti Mühafizə Ehtiyat Fonduna 25202 manat 90 qəpik vəsait ödənilib. Aşkarlanmış ciddi nöqsanlara görə 6 şəxs barəsində cərimə tərtib edilərək onlardan 3580 manat məbləğində vəsait tələb olunub, 684 manatın isə Təbiəti Mühafizə Ehtiyat Fonduna ödənilməsi təmin edilib.
Təşkilat, təsərrüfat, cəmiyyət və vətəndaşlar tərəfindən ətraf mühitə vurulmuş zərərə görə 9 iş üzrə 402,78 manat məbləğində iddia qaldırılıb, 301,67 manatın Təbiəti Mühafizə Ehtiyat Fonduna ödənilməsi təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR