Bank Of Baku

Bu ildən ali və peşə məktəbləri İnternetlə təmin ediləcək

Bu ildən ali və peşə məktəbləri İnternetlə təmin ediləcək
# 06 yanvar 2009 13:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Təhsil Nazirliyi bu ildən ilk dəfə olaraq, ali təhsil müəssisələrinin İnternetlə təmininə başlayacaq. Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov APA-ya bildirib ki, ilk növbədə müəllim hazırlığı ilə məşğul olan Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimləri İnstitutu, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universitetinin İnternetlə təmini nəzərdə tutulur. Bu mərhələdə bəzi texniki peşə məktəbləri də beynəlxalq şəbəkəyə qoşulacaq.
S. Məmmədov deyib ki, bu il ərzində pilot kimi Bakı və Sumqayıtdakı bir neçə bağça da İnternetlə təmin edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR