Bank Of Baku

Gədəbəyin Şınıx qəsəbəsinin Azərbaycanla əlaqəsi kəsilib

Gədəbəyin Şınıx qəsəbəsinin Azərbaycanla əlaqəsi kəsilib
# 06 yanvar 2009 13:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Gədəbəyin Şınıx qəsəbəsinin Azərbaycanla əlaqəsi kəsilib. Bu barədə APA-ya Gədəbəydən olan millət vəkili Nazim Məmmədov məlumat verib. Deputat deyib ki, son bir həftə ərzində yağan güclü qar nəticəsində 28 kəndi özündə birləşdirən Şınıx bölgəsinin rayon mərkəzi və bütövlükdə ölkə ilə əlaqəsi tamamilə kəsilib. N. Məmmədov yaranmış vəziyyətlə bağlı əhalidən çoxlu müraciətlər aldığını bildirib: “Ancaq neçə gündür ki, Gədəbəy rayon İcra Hakimiyyətinin rəhbərliyini tapıb onlardan heç nə soruşa bilmirəm”.
Deputat bu gün Gədəbəydə yaranmış vəziyyətlə bağlı nəqliyyat nazirinin müavini Musa Pənahovla əlaqə saxladığını da deyib: “Musa Pənahov yaranmış problemin həlli ilə məşğul olacaqlarına söz verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR