Bank Of Baku

Türk dünyası riyaziyyatçılarının III konqresi Qazaxıstanın Almatı şəhərində keçiriləcək

Türk dünyası riyaziyyatçılarının III konqresi Qazaxıstanın Almatı şəhərində keçiriləcək
# 07 yanvar 2009 00:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Türk dünyası riyaziyyatçılarının III konqresi 30 iyun-4 iyul tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib. Tədbirin təşkilatçıları Qazaxıstanın Elm və Təhsil Nazirliyi, Türk dünyası Riyaziyyat Cəmiyyəti, Qazaxıstan Riyaziyyat Cəmiyyəti və “Əl-Fərabi” Qazax Milli Universitetidir.
1999-cu ildə yaradılan Türk dünyası Riyaziyyat Cəmiyyəti Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Rusiya, İran, Çin, Monqolustan, ABŞ və Avropa riyaziyyatçılarını özündə birləşdirir.

Qeyd edək ki, Türk dünyası riyaziyyatçılarının I konqresi 1999-cu ildə Fırat Universitetində, II konqresi isə 2007-ci ildə Sakarya Universitetində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR