Bank Of Baku

İçərişəhər Cümə Məscidində qanvermə aksiyası keçirilib

İçərişəhər Cümə Məscidində qanvermə aksiyası keçirilib
# 07 yanvar 2009 08:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İçərişəhər Cümə Məscidində Aşura ilə bağlı talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib. APA-nın məlumatına görə, vətəndaşlardan qan alınmasını Qanköçürmə İnstitutunun həkimləri həyata keçirib. Ancaq həkimlərin sayının az olması məscidin qarşısında böyük növbənin yaranmasına səbəb olub. Məscid rəhbərliyi Qanköçürmə İnstitutuna müraciət edərək əlavə həkim istəsə də, bu müraciət nəticəsiz qalıb. Çünki institutda yaradılan 17 həkim briqadası ayrı-ayrı məscidlərə ezam olunduğundan boş həkim qalmayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri prosesi müşahidə ediblər. Məscid rəhbərliyi artıq dördüncü ildir bu cür aksiya keçirildiyini deyib. Toplanan qan Respublika Qan Bankına təhvil veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR