Bank Of Baku

Azərbaycanın təhsil naziri ali və orta ixtisas məktəblərində qış imtahan sessiyasının təşkili ilə bağlı əmr verib

Azərbaycanın təhsil naziri ali və orta ixtisas məktəblərində qış imtahan sessiyasının təşkili ilə bağlı əmr verib
# 07 yanvar 2009 09:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Təhsil naziri Misir Mərdanov “Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu əmr əsasında nazirliyin müvafiq struktur bölmə, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan zamanı baş verən neqativ hallarla bağlı məlumatların operativ araşdırılması və günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər verilməsi tapşırığı verilib. Nazirliyin struktur bölmə və təhsili müəssisələrinin rəhbərləri həm də sessiyanın monitorinqini keçirməli, hər bir təhsil müəssisəsində imtahan qərargahı yaratmalı, görülən işlər barədə ictimaiyyəti mütəmadi məlumatlandırmalı, ictimai nəzarətin gücləndirilməsinin təmin etməlidirlər. Təhsil Nazirliyində “Qaynar xətt” (496-37-61, 496-34-82) artıq fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR