Bank Of Baku

Ötən il Azərbaycan şagirdləri üçün 10 adda yeni dərslik çap olunub

Ötən il Azərbaycan şagirdləri üçün 10 adda yeni dərslik çap olunub
# 07 yanvar 2009 10:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. 2008-2009-cu dərs ili üçün Təhsil Nazirliyində I, III-XI sinif şagirdləri üçün 102 adda 4 284 400 nüsxə dərsliyin və müəllim üçün vəsaitin siyahısı (Azərbaycan bölməsi üçün 62 adda 4 078 600 nüsxə, rus bölməsi üçün 40 adda 205800 nüsxə), tirajı və çap formatları təsdiqlənib. Nazirlikdən APA-ya verilən məlumata görə, I siniflər üçün nəzərdə tutulan 13 adda dərsliyin 12-si, 21 adda müəllim üçün vəsaitin 20-si müəyyən edilmiş tirajla, III-XI siniflər üçün nəşri nəzərdə tutulan 68 adda 3 543 900 nüsxə dərsliyin 31-i mövcud şagird kontingentinin 30%-i, 4-ü 45%-i, 33-ü isə 105%-i həcmində çap olunub.

Azərbaycan bölməsi üçün 7 adda yeni dərslik – “Azərbaycan dili” – VI, VII, VIII sinif, “İnformatika” – IX sinif, “Təsviri incəsənət” – V sinif, “Fransız dili” – X sinif, “Rus dili” – X sinif, rus bölməsi üçün isə 3 adda – “İnformatika” – VII sinif, “Literatura” - X sinif və “Çelovek i obşestvo” – XI sinif dərslikləri dərc edilib.

2008-ci ildə gözdən əlil uşaqlar üçün (xüsusi iri şriftlərlə və brayl əlifbası ilə) 30 adda 2130 ədəd, zəif eşidən uşaqlar üçün isə 3 adda 900 nüsxə tirajla III, IV və V siniflərə dair “Oxu” dərslikləri çap olunub.

Ötən il Gürcüstanın Azərbaycan dilində tədris verən ümumtəhsil məktəbləri üçün 16 adda 20025 ədəd, Dağıstan məktəblərinə isə 19 adda 1752 ədəd dərslik verilib. MDB və digər xarici ölkələrdəki “Bazar günü” məktəblərinə, o cümlədən, Rusiya, Ukrayna, Belarus, Orta Asiya, Macarıstan, Almaniyaya “Əlifba”, “Oxu”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası” dərslikləri, coğrafi xəritə və digər tədris vəsaitləri göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR