Bank Of Baku

Xaçmaz sakinləri Aşura günü qanvermə kampaniyasında iştirak edə bilməyiblər

Xaçmaz sakinləri Aşura günü qanvermə kampaniyasında iştirak edə bilməyiblər
# 07 yanvar 2009 11:07 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva-APA. Məhərrəmlik ayının 10-cu - Aşura günü Azərbaycanın şimal bölgəsində də qeyd edilir. APA-nın şimal bürosunun xəbərinə görə, Quba rayon sakinləri Aşura günü ilə bağlı təşkil edilən qanvermə kampaniyasında fəallıq göstərirlər. Ziyalılar, gənclər və rayon əhalisinin müxtəlif təbəqələrinin nümayəndələri könüllü qaydada Mərkəzi Rayon Xəstəxanasında qan verirlər. Xaçmaz rayon sakinləri isə qanvermə aksiyasında edə bilməyiblər. Xaçmaz sakinləri APA-ya açıqlamalarında qanın harada götürülməsindən xəbərsiz olduqlarını bildiriblər. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəhram Şahverdiyev isə APA-nın əməkdaşına deyib ki, Xaçmazda Aşura ilə əlagədar qanvermə aksiyası keçirilmir. Baş həkim buna səbəb kimi qanın saxlanılması üçün lazım olan preparatın olmamasını göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR