Bank Of Baku

Azərbaycanda təhsilin idarəolunmasının məlumat sistemi qurulur

Azərbaycanda təhsilin idarəolunmasının məlumat sistemi qurulur
# 07 yanvar 2009 12:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Təhsil Nazirliyində təhsilin idarə olunmasının məlumat sistemi (TİMS) yaradılır. Nazirlikdən APA-ya verilən məlumata görə, sistemin qurulmasında əsas məqsəd təhsil sistemi rəhbərlərinin cavabdeh olduqları sahənin monitorinqini aparması, dəqiq və cari məlumatlar əsasında strategiya, fəaliyyət planlarını hazırlaması üçün əhatəli informasiya bazasını formalaşdırmaqdır. Sistem bir neçə səviyyədən - Təhsil Nazirliyi, təhsil şöbələri və məktəblərdən ibarətdir.
Bu işlərin səmərəli təşkili üçün artıq Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində ayrıca qurum – Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müvafiq sektor yaradılıb.
İndiyədək bazaya 1 milyon 200 mindən çox şagird və 90 minədək məktəb heyəti haqqında məlumat daxil edilib. Yaxın günlərdə ölkənin bütün ümumtəhsil məktəbləri üzrə işlərin başa çatdırılacağı gözlənilir.
Sistemin veb-versiyasının, o cümlədən məktəbəqədər tərbiyə və ali məktəb modullarının hazırlanması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, ötən dərs illərində məlumat bazası yerlərdən anket formasında toplanan və məktəb hesabatlarına daxil olan informasiyalar əsasında formalaşdırılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR