Bank Of Baku

Ötən ay Azərbaycanın 925 689 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanın 925 689 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 07 yanvar 2009 12:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2008-ci ilin dekabr ayı ərzində 925 689 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə APA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı 3 914 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Minaaxtarma və zərərsizləşdirmə əməliyyatlarında 339 nəfər, həmçinin 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.

İndiyədək ANAMA tərəfindən 78 698 669 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 371 553-dür. Hazırda Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli və Ağstafa rayonlarında və Sumqayıt şəhərində aparılır.

Dekabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb. Ümumilikdə isə ANAMA tərəfindən 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə, 105 hadisədə 61 nəfər həlak olub, 138 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR