Bank Of Baku

Güzdəkdə sovet ordusuna məxsus olmuş 20-dən çox anbarın ərazisi hərbi sursatdan təmizlənəcək

Güzdəkdə sovet ordusuna məxsus olmuş 20-dən çox anbarın ərazisi hərbi sursatdan təmizlənəcək
# 07 yanvar 2009 15:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Bakının Güzdək qəsəbəsində vaxtilə sovet ordusunun istifadə etdiyi 20-dən çox anbar ərazilərinin təmizlənməsi əməliyyatını həyata keçirəcək. ANAMA-nın əməliyyatlar üzrə baş mütəxəssisi Adil Abbasov APA-ya bildirib ki, Lökbatan qəsəbəsi yaxınlığında ötən il avqustun ortalarında baş vermiş partlayışla əlaqədar Qaradağ rayon Polis İdarəsinin ANAMA-ya müraciətindən sonra bu anbarlarda iki həftəlik kəşfiyyat aparılıb: “İlkin baxış zamanı orada hərbi sursat, o cümlədən avtomat və pulemyot patronları, əl qumbaraları olduğu müəyyənləşib. Sursatın böyük qismi partlayış zamanı uçqun altında qalıb. Ərazidə xüsusi döyüş başlıqlarının saxlanılması üçün yeraltı anbar da olub. Həmin anbarlardan ikisini biz gördük. Onlardan biri dağılıb, digəri isə yarıuçuq vəziyyətdədir”.

A. Abbasov deyib ki, havalar yaxşılaşan kimi, anbarlarda təmizləmə əməliyyatına başlanacaq. Əməliyyatın bir il davam edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR