Bank Of Baku

Naxçıvanda yeni dövlət komitəsi yaradılıb

Naxçıvanda yeni dövlət komitəsi yaradılıb
# 08 yanvar 2009 07:13 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov MR-in Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalayıb. APA-nın yerli bürosunun məlumatına görə, sənədə əsasən komitə, MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasında yaradılıb.
MR Nazirlər Kabinetinə komitənin əsasnaməsinin layihəsi, strukturu, xərclər smetası və işçilərin ümumi say tərkibi ilə bağlı təkliflərinin hazırlayıb Naxçıvan MR Ali Məclisinin sədrinə təqdim etmək tapşırılıb.
Vasif Talıbovun imzaladığı digər fərmana əsasən Malik İbrahim oğlu Rzayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, Vüqar Musa oğlu Muxtarov isə müvafiq sərəncamla komitənin sədr müavini təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR