Bank Of Baku

“Azərbaycan terminləri” veb-portalı yaradılacaq

“Azərbaycan terminləri” veb-portalı yaradılacaq
# 08 yanvar 2009 10:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan dilini assimilyasiyadan qorumaq üçün dilimizə aid terminləri özündə toplayan xüsusi veb-portal yaradılacaq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib. O bildirib ki, institut AMEA Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan terminləri” portalının yaradılması üzərində iş aparır. Portalda Azərbaycan dilinin leksikonuna daxil olan ümumi istifadəli terminlərlə yanaşı, müxtəlif bilik sahələrinə aid terminlər də əksini tapacaq. R. Əliquliyevin sözlərinə görə, bu yolla müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların müvafiq xarici dillərin təsiri altında fərqli terminoloji mühitlərinin formalaşmasının qarşısı alınacaq: “Hazırda ölkədə 600-ə yaxın terminoloji lüğət var. Bu terminlərin hamısını bütün dünya azərbaycanlılarının malı etmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR