Bank Of Baku

Azərbaycanda sosial xidmətin əhatə dairəsi genişləndiriləcək

Azərbaycanda sosial xidmətin əhatə dairəsi genişləndiriləcək
# 08 yanvar 2009 10:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il ərzində «Sosial xidmət haqqında» qanuna dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayacaq. Bu barədə APA-ya nazirliyin şöbə müdiri Natiq Qasımov məlumat verib.
N.Qasımovun sözlərinə görə, təkliflər Azərbaycanda sosial xidmətin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutacaq. Təkliflər hazırlanarkən Dünya Bankının dəstəyi ilə Azərbaycanın 7 min ev təsərrüfatında aparılan monitorinqin nəticələri nəzərə alınacaq. Ölkədə ünvanlı sosial yardım mexanizmini qiymətləndirən bu monitorinqin nəticələri yanvar ayı ərzində Azərbaycan hökumətinə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR