Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində yenidən qar yağacaq

Sabahdan Azərbaycan ərazisində yenidən qar yağacaq
# 08 yanvar 2009 11:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, yanvarın 9-dan Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək. Gecəyə doğru bəzi yerlərdə qar yağacağı ehtimalı var. Cənub-qərb, qərb küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək, günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək, arabir güclənəcək, axşam şiddətlənəcək. Havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq.

Yanvarın 10-da da buludlu hava şəraiti üstünlük təşkil edəcək, 9-dan 10-na keçən gecə bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə şimal-qərb küləyi əsəcək, arabir şiddətlənəcək, səhər zəifləyəcək, gündüz cənub-qərb küləyinə keçəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 0 dərəcə olacaq.

Yanvarın 11-də isə hava əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Cənub-qərb, qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək, günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək, axşama doğru güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 9-da arabir yağıntı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacaq.

Yanvarın 10-11-də fasilələrlə qar yağacaq, bəzi yerlərdə intensiv olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 5-8 dərəcə şaxta, yanvarın 11-də 0-5 dərəcə şaxta olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR