Bank Of Baku

Qida və sənaye məhsullarının radiasiya vasitəsilə sterilizasiya edilməsi layihəsi hazırlanır

Qida və sənaye məhsullarının radiasiya vasitəsilə sterilizasiya edilməsi layihəsi hazırlanır
# 08 yanvar 2009 14:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda radiasiya texnologiyaları vasitəsilə qida məhsullarının, tibbi material və vasitələrin, polimer və tikinti materiallarının sterilizasiyası layihəsi üzərində iş aparılır. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu istiqamətdə tədqiqatlar Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) texniki əməkdaşlıq proqramının “Radiasiya texnologiyaları vasitəsilə qida məhsullarının, tibbi material və vasitələrin, polimer və tikinti materiallarının sterilizasiya edilməsi üçün qamma–şüalanma kompleksinin yaradılması” layihəsi çərçivəsində həyata keçirilir. İnstitut eyni zamanda “Tədqiqat nüvə reaktorunun quraşdırılması üzrə texniki–iqtisadi əsaslandırmanın hazırlanması” layihəsini də həyata keçirir. Hər iki layihə 2009-2011-ci illəri əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR