Bank Of Baku

«Azəriqaz» qaz istehlakçılarına və abonentlərə müraciət edib

«Azəriqaz» qaz istehlakçılarına və abonentlərə müraciət edib
# 08 yanvar 2009 15:58 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə QSC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, «Azəriqaz» bütün qaz istehlakçılarını və abonentləri təbii qazla ehtiyatlı davranmağa, qaz cihazlarını nəzarətsiz qoymamağa, qaz cihazlarını kiçik yaşlı uşaqlara və xəstələrə etibar etməməyə çağırır: “Həmçinin, vətəndaşlar tərəfindən qaz xətləri özbaşına çəkilməməli, qaz cihazlarının yeri dəyişdirilməməli, qaz iyi hiss edildikdə bütün kranlar bağlanmalı, elektrik cihazları yandırılmamalı, yanğın baş verdiyi halda isə girişdəki ventil bağlanaraq, 101 və 104 nömrəli telefonlarla qəza xidmətlərinə məlumat verilməlidir”.

“Azəriqaz” daha sonra xəbərdarlıq edir ki, yanğın və başqa hadisələrin baş verməməsi üçün bütün abonentlər təbii qazdan təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməlidirlər.

Qeyd edək ki, son günlərdə qaz sızması və digər buna bənzər səbəblərdən müxtəlif faciələr baş verib, dəm qazından zəhərlənmələr və ölüm halları qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR